Avropa İttifaqı ölkə nümayəndələrinin alyansa qarşı qeyri-dost münasibəti səbəbindən Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib. Bu barədə oktyabrın 4-də Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib. Xəbəri “İzvestiya.ru” verib.
“Bu ilin iyununda, bir neçə ay əvvəl biz Aİ üzv ölkələri ilə, fikrimizcə, Aİ-yə qarşı qeyri-dost münasibət bəsləyən Gürcüstan rəhbərliyinə münasibətimizin necə olacağı ilə bağlı müzakirə apardıq, anti-Avropa və anti-Qərb narrativ və təbliğata, konspirativ nəzəriyyələrinə necə qalib gələ bilərik. Biz qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə heç bir yüksək səviyyəli görüşümüz olmayacaq”, - deyə Qerçinski deyib.
Diplomat onu da bildirib ki, bir neçə aydır Gürcüstan hökumətinin nümayəndələri ilə Brüssel arasında heç bir görüş baş tutmayıb.
P.ƏMİRCANOV
XQ