Pakistan Rusiya ilə ticarəti genişləndirməkdə maraqlıdır

post-img

Pakistan Rusiya ilə ticarətin həcmini artırmaqda maraqlıdır. Bu barədə respublikanın özəlləşdirmə, investisiya və kommunikasiyalar naziri Əbdül Alim Xan “İzvestiya”ya bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Biz istəyirik ki, ikitərəfli ticarət təkcə 1 milyard dolları keçməsin, həm də daha böyük olsun. Düşünürəm ki, hər iki ölkənin sahibkarları üçün Pakistan və Rusiya arasında ikitərəfli ticarəti inkişaf etdirmək baxımından bizim çoxlu imkanlarımız var. Hökumət sahibkarlar üçün şəraitin yaradılması və iki ölkə arasında ticarət əlaqələrinin inkişafı kontekstində onların ən yaxşı imkanlardan istifadə etmələri üçün əlindən gələni edəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Moskvada ilk Pakistan-Rusiya ticarət və investisiya forumu keçirilib və burada iki ölkənin şirkətləri barter sazişləri bağlayıblar.

P.ƏMİRCANOV
XQ

Dünya