FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Məlumatı FHN mətbuat xidməti yayıb. 

Bu çərçivədə, xidmət tərəfindən Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, elektrik təsərrüfatı müvafiq tələblərə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər təmin edilməyib və c.

Qeyd olunanları nəzərə alaraq, “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. 

P.ƏMİRCANOV
XQ





Sosial həyat