Sentyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu milli bayram - ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Məlumatı “İzvestiya.ru” verib.
“Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin”, - Rusiya prezidenti Kremlin saytında dərc olunan təbrik teleqramında bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya ilə Türkmənistan arasında ikitərəfli münasibətlər dərin strateji tərəfdaşlıq ruhunda dinamik şəkildə inkişaf edir. O, həmçinin Moskva ilə Aşqabad arasında fəal siyasi dialoqun da yüksək səviyyədə olduğuna işarə edib.
P.ƏMİRCANOV
XQ