Bayden Almaniya və Anqolaya səfər edəcək

post-img

ABŞ prezidenti Co Bayden yüksək səviyyəli görüşlər üçün oktyabrın 10-dan 15-dək Almaniya və Anqolaya səfər edəcək. Məlumatı “Anadolu” verib. 

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden gələn ay iki fərqli qitəni ziyarət edəcək.

Oktyabrın 10-da o, Almaniyaya gedəcək və alman liderləri ilə regional təhlükəsizlik məsələlərini, xüsusən də Ukraynadakı müharibəni və NATO ilə bağlı məsələləri müzakirə edəcək. İki ölkə arasında texnologiya, iqtisadiyyat və ticarət sahələrində də müzakirələrin aparılması planlaşdırılır.

Almaniya səfərindən sonra Bayden prezident kimi ilk dəfə Afrikaya səfər edəcək. O, oktyabrın 13-dən 15-dək Anqolada olacaq və burada prezident Joao Lourenço ilə görüşəcək. Baydenin gündəliyinə ABŞ-Afrika əməkdaşlığı, iqtisadi tərəfdaşlıqlar, infrastruktur və nəqliyyata investisiyalar daxildir.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya