Rusiya və Gürcüstan sərhədindəki keçid məntəqəsi iki həftə ərzində səhərlər bağlı olacaq. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Respublika Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Söhbət Kazbegi keçid məntəqəsindən gedir (Rusiya tərəfində - Yuxarı Lars). Məhdudiyyət sentyabrın 18-dən oktyabrın 2-dək saat 06:00-dan 09:00-a qədər (Moskva vaxtı ilə 05:00-08:00) qüvvədə olacaq.
İdarə keçid məntəqəsinin müvəqqəti bağlanmasına səbəb kimi yol təmir işlərini göstərib.
S.ELAY
XQ