Dubayda 30-cu “Ağıllı Nəqliyyat Sistemləri” beynəlxalq konqresi öz işinə başlayıb

post-img

Bu gün BƏƏ-nin Dubay şəhərində 30-cu “Ağıllı Nəqliyyat Sistemləri” beynəlxalq konqresi öz işinə başlayıb.

AZƏRTAC BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, sentyabrın 20-dək davam edəcək konqresdə 20 mindən çox nümayəndənin və 800-dən çox məruzəçinin iştirakı gözlənilir.

“Ağıllı nəqliyyat sistemləri ilə təkmilləşdirilən mobillik” mövzusuna həsr olunmuş tədbirin təşkilatçıları Avropanın ERTICO, ABŞ-ın “ITS America” və Asia-Sakit Okean regionunun əhatə edən “ITS Asia-Pacific” təşkilatlarıdır.

Konqres çərçivəsində keçiriləcək 200 ixtisaslaşmış sessiyada nəqliyyatın intellektual idarəetməsi sahəsində ən son yeniliklər, o cümlədən şəhərdaxili mobilliyin təmini, logistika, ekoloji cəhətdən təmiz və pilotsuz nəqliyyat sistemləri üzrə innovasiyalar nümayiş etdiriləcək.

Dünya