Bolqarıstanda hərbi təyyarə qəzaya uğrayıb

post-img

Bolqarıstana məxsus hərbi təyyarə Plovdiv şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, L-39 ZA döyüş təlim təyyarəsi Plovdiv şəhərində yerləşən 3-cü aviasiya bazasında şənbə günü keçirilməsi planlaşdırılan aviasiya şousuna hazırlıq zamanı qəzaya uğrayıb.

Qəzanın təfərrüatları və ya itkilər barədə məlumat vermir. Hadisə nəticəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər görüldüyü bildirilir.

Bolqarıstan Müdafiə Nazirliyi aviasiya şousunun ləğv olunduğunu elan edib.

Dünya