Çin səmasında möhtəşəm dron şousu

post-img

8 min 100 PUA-nın tamaşası “Ginnesin rekordlar kitabı”na düşüb

Çinin Şençjen şəhərində minlərlə dronun iştirakı ilə möhtəşəm səma şousu keçirilib. Hər il keçirilən tədbirdə bu dəfə eyni anda iki dünya rekorduna imza atılıb. İlk rekord eyni anda havada olan dronların sayına görə qeydə alınıb. Belə ki, 8 min 100 kvadrokopter Şençjenin gecə səmasına qalxaraq kürə, qara dəlik, planet və ürək fiqurları formalaşdırıb. Bir-birini əvəz edən fiqurlar tamaşacıları heyran qoyub.  

Bundan başqa, şou təşkilatçıları 7 min 998 drondan istifadə edərək havada nəhəng bir  televizor ekranı yaradıblar. Ekranda bir neçə videoçarx göstərilib. Bu, həm də kvadrokopterin iştirakı ilə ən böyük təsviri kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

Aksiyanın miqyası və epik xarakteri bir çox sosial şəbəkə istifadəçilərini, o cümlədən amerikalı milyarder İlon Maskı heyran qoyub. 

Qeyd edək ki, Çinin silikon vadisi kimi tanınan Şençjen artıq bir neçə ildir ki, öz texnologiya nailiyyətləri ilə dünyanı heyrətləndirir. Şəhər ölkənin innovasiya və yüksək texnologiyalarının inkişaf mərkəzidir.

PÜNHAN 
XQ

 

Dünya