Türkiyə ABŞ-Cənubi Kipr müdafiə sazişini pisləyib

post-img

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Kipr yunan administrasiyası arasında “İkitərəfli müdafiə əməkdaşlığı üzrə yol xəritəsi” sazişinin imzalanmasına cavab verib: “ABŞ və Cənubi Kiprin Yunan Administrasiyası arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün yol xəritəsinin imzalanmasını pisləyirik”.

Məlumatı “Anadolu” verib. 

Nazirlik ABŞ ilə Cənubi Kiprin yunan administrasiyası arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün yol xəritəsinin imzalanması ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda deyilir: “ABŞ ilə Cənubi Kiprin yunan administrasiyası arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün yol xəritəsinin imzalanmasını pisləyirik”.

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bəyanatda səslənən fikirləri bölüşür və KKTC səlahiyyətlilərinin “əsaslı reaksiyasının” “tam dəstəkləndiyini” vurğulayır.

Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakılar qeyd olunur:

“ABŞ hakimiyyətinin Kipr türk tərəfinin təhlükəsizliyinə qarşı atdığı addımlar, o cümlədən keçən ilin iyununda yunan administrasiyası ilə strateji dialoqun başlandığını elan etməsi ABŞ-nin Kipr adasına qarşı neytral mövqeyini sarsıdıb. Kipr probleminin ədalətli, qalıcı və davamlı həlli baxımdan biz hesab edirik ki, regional sabitliyə zərər verə biləcək siyasətlər dəyişməlidir. Türkiyə qarant dövlət olaraq, Kipr türklərinin təhlükəsizliyini və firavanlığını istənilən şəraitdə təmin etməyə davam edəcək”.

Türkiyə Xarici İşlər Nazirliyi yol xəritəsi sazişinin beynəlxalq təhlükəsizlik mülahizələrinə zidd olduğunu vurğulayır.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropa və Şərqi Aralıq dənizinin sabitliyi və təhlükəsizliyinin ABŞ və Yunanıstan administrasiyası üçün “həyati əhəmiyyət kəsb etdiyini” bildirmişdi.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya