NATO-nun yeni baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

post-img

NATO-nun yeni baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.

Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni baş katibin mətbuat konfransı keçiriləcək.

Dünya