Rusiya-Özbəkistan əlaqələrinin genişləndirilməsi müzakirə edilib

post-img

Rusiyanın baş naziri Mixail Mişustin sentyabrın 10-da Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşdə Rusiya-Özbəkistan əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib. 

Məlumatı “İzvestiya.ru” verib. 

“Rusiya prezidentinin bu il mayın 26-28-də Özbəkistana dövlət səfəri zamanı qəbul edilmiş qərar və sazişlərin icrasına xüsusi diqqət yetirilib”, - Rusiya hökumətinin Teleqram kanalında deyilir.

Beləliklə, bir gün əvvəl keçirilən birgə komissiyanın növbəti iclasının nəticələri yüksək qiymətləndirilib. Mişustin ticarət dövriyyəsinin dinamikasının saxlanılması, sənaye, enerji kompleksi, kənd təsərrüfatı, nəqliyyat və iqtisadiyyatın digər prioritet sahələrində əməkdaşlıq layihələrinin dəstəklənməsi və sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya