Türkiyə Silahlı Qüvvələri tərəfindən 11-i Suriya, 2-si isə İraq ərazisində olmaqla, ümumilikdə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçulardan 11-i Suriyanın şimalında keçirilən “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ərazisində, 2-si isə İraqın şimalındakı Qara bölgəsində aşkarlanaraq məhv edilib.