Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Asiya və Okeaniya arasında 12 günlük səfəri çərçivəsində Timor-Lesteyə gedib.
AZƏRTAC xəbər verir ki, Roma Papası bütün əhalisini katoliklərin təşkil etdiyi Timor-Lestedə rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti və dindarlarla görüşəcək, çıxışlar edəcək.
Papa Fransisk Asiya və Okeaniya arasında ən uzun apostol səfəri çərçivəsində sentyabrın 2-6-da İndoneziyada, ayın 6-8-də Papua Yeni Qvineyada olub. O, Timor-Lesteyə ikigünlük səfərdən sonra Sinqapura (10-13 sentyabr) yola düşəcək. Cakartada baş imamla birgə bəyannamə imzalayacaq.
Bu, 87 yaşlı pontifikin sayca 45-ci apostol səfəri və ziyarət etdiyi 64-cü ölkədir. Fransisk VI Paul və II İohan Paveldən sonra Asiya və Okeaniyaya səfər edən üçüncü Roma Papasıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan