Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb

post-img

Pakistanın dövlət orqanları 16 ildən sonra İslamabadda poliomielit hadisəsi haqqında xəbər veriblər.

Bu yeni hal ilə cari ildə Pakistanda aşkar edilmiş ümumi poliomielit hadisələrinin sayı 17-dək artıb.

Pakistanın Milli Səhiyyə Təşkilatı bu ilin iyun ayında İslamabad və Ravalpindidə götürülən ətraf mühit nümunələrinin poliomielit virusunu göstərdiyini elan edib.

Pakistandakı Milli Fövqəladə Hallar Mərkəzinin poliomielit ilə mübarizə üzrə koordinatoru Ənvərul Haqın sözlərinə görə, ölkədə bütün uşaqların peyvənd edilməsi üzrə səylər gücləndirilir.

Pakistan rəsmiləri peyvənd kampaniyasının gələn ay Pakistan-Əfqanıstan sərhədinin hər iki tərəfində eyni vaxtda başlayacağını açıqlayıb.

Bu qərar son aylarda Pakistan və Əfqanıstanın sərhəd bölgələrində 12 yeni poliomielit hadisəsinin qeydə alınmasından sonra qəbul edilib.

Dünya