Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

post-img

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

XQ paylaşımı təqdim edir: “Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Rəsmi xronika