Hakan Fidan: Türkiyə və Misir əlaqələrin möhkəmlənməsinə sadiqdir

post-img

Türkiyə və Misir həm ikitərəfli, həm də regional müstəvidə əlaqələrin möhkəmləndirilməsinə sadiqdirlər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Xəbəri “Anadolu” verib. 

“Misir və Türkiyənin həm ikitərəfli münasibətlərdə, həm də regional məsələlərdə hər iki ölkənin potensialını tam reallaşdırmaq üçün güclü iradəsi var”, - deyə türkiyəli nazir bildirib.

Diplomat əlavə edib ki, Ankara ilə Qahirə arasında münasibətlərin “daha ​​sistemli bir çərçivədə” qurulması bütün region üçün nümunə ola bilər.

O, Misir prezidenti Əbdülfəttah əs-Sisinin bu günlərdə Türkiyəyə səfərini “son dərəcə vacib” adlandıraraq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında Misirə “tarixi səfər” edib.

Türkiyə diplomatiyasının rəhbəri Misirin Qəzza zolağında münaqişənin fonunda əsas rolunu və Fələstin anklavına humanitar yardımın təmin edilməsinə verdiyi töhfəni vurğulayıb. O, Fələstin probleminin həlli istiqamətində Misirə davamlı dəstəyin zəruriliyinə diqqət çəkib.

Hakan Fidan Liviya, Somali və Sudanda münaqişələrin həlli və sabitliyin bərqərar olması üçün Türkiyə ilə Misir arasında əməkdaşlığın vacibliyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya