Türkiyə prezidenti Atatürkün məzarını ziyarət edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da ölkədə qeyd olunan Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısını parlamentin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, Nazirlər Kabinetinin üzvləri, müxalifət partiyalarının liderləri, ali məhkəmə sisteminin rəhbərləri, ordu komandirləri və digər dövlət rəsmiləri müşayiət ediblər.

Atatürkün məqbərəsinin ziyarəti Dumlupınar döyüşündəki qələbənin 102-ci ildönümünün qeyd edilməsi çərçivəsində ölkədə keçirilən ilk tədbir olub. Prezident Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusunun məzarı önünə əklil qoyub. Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Türkiyənin dövlət himni səsləndirilib.

Ərdoğan və hökumət rəsmiləri daha sonra Milli Pakt Qülləsinə yollanıblar. Türkiyə lideri məqbərənin Xatirə kitabına ürək sözlərini yazıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya