NATO Ukraynaya hərbi yardımını artıracaq

post-img

Avqustun 26-da Rusiyanın kütləvi hücumlarından sonra çağırılan Ukrayna-NATO Şurasının iclası zamanı alyansın müttəfiqləri Ukraynanın müdafiəsini daha da gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Rusiyanın son hücumlarından sonra müttəfiqlər bu gün Ukraynaya hərbi yardımlarını artırdıqlarını təsdiqləyiblər. Biz Ukraynanı Rusiyanın işğalından müdafiə etmək üçün onları lazım olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik. Bu, Ukraynanın döyüşməyə davam etməsini təmin etmək üçün çox vacibdir”, - o deyib.

Qeyd olunur ki, görüşdə Ukraynanın müdafiə naziri Rüstəm Umerov mövcud təhlükəsizlik vəziyyəti və Ukraynanın prioritet ehtiyacları barədə danışıb.

Dünya