Ukrayna Rusiyaya qarşı yeni silahlardan istifadə edib

post-img

Ukrayna ilk dəfə Rusiyaya qarşı yeni silahdan - "Palyanitsya" raket-dronundan istifadə edib. RBC-Ukrayna xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbir zamanı deyib.

“Bu gün bizim tamamilə yeni sinfə aid yeni silahımız – Ukraynanın “Palyanitsya” raket-dronunun ilk uğurlu döyüş tətbiqi baş verdi. Bu, bizim yeni qisas alətimizdir”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, dron raketinin hədəfi vurulub, lakin onun hansı obyekt olduğunu və harada yerləşdiyini dəqiqləşdirməyib.

Bundan əvvəl "Axmat" xüsusi təyinatlılarının komandiri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə əks-hücum cəhdləri barədə danışıb. Apti Alaudinovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya bölmələrinin tutduğu mövqeləri sıxışdırmağa çalışır və toqquşmalar davam edir.

S.ELAY

XQ

Dünya