“Beynəlxalq hüquqla tanınan ərazilərimizdə baş tutacaq bu seçkilər həm də tarixi - siyasi ədalətin bərpasıdır”

post-img

“Milli Məclisə seçkilərin azad olunmuş əraziləri də əhatə etməsi hər birimizdə xoş əhval yaradır. Beynəlxalq hüquqla tanınan ərazilərimizdə baş tutacaq bu seçkilər həm də tarixi və siyasi ədalətin bərpasıdır”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə  Nizami rayonu Bələdiyyəsi sədrinin birinci müavini, “Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyinin İdarə Heyətinin üzvü Heydər Rəhimov bildirib.

O qeyd edib ki, torpaqlarımız işğal atında olanda həmin rayonların və şəhərlərin sakinləri ölkənin müxtəlif yerlərində səs verirdilər: “Bu isə beynəlxalq hüququn ermənilər tərəfindən ciddi şəkildə pozulması demək idi. BMT-nin məlum qətnamələri icrasız qalmışdı. Lakin 44 günlük Vətən müharibəsindəki əzmkar qələbəmizdən sonra ərazi bütövlüyümüz bərpa olundu. Məntiqlə, biz özümüz beynəlxalq hüququ bərpa etdik. Budur, indi Laçında, Şuşada, Füzulidə, Xankəndidə və azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri yaradılıb”.

H. Rəhimov müşahidələrinə əsasən deyib ki, seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün lazımi səviyyədə hazırlıqlar görülüb.

Anar Əli,
XQ

Siyasət