Polşa prezidenti Anjey Duda gözlənilməz səfərlə Ukraynaya gəlib. Bu barədə Polşa liderinin ofisi məlumat yayıb.
Dudanın Kiyevə gəlişinin videosu yayılıb: orada o, qarşısında Ukrayna tərəfinin nümayəndələrinin olduğu vaqondan çıxır. Xəbərdə deyilir ki, Polşa prezidenti Ukraynanın müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək niyyətindədir.
Bir gün əvvəl Hindistanın baş naziri Narendra Modi də Kiyevə gəlib. Ukrayna prezidenti Vladimir Zelenski bu görüşü tarixi adlandırıb. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığa dair dörd saziş imzalayıblar: humanitar yardım, kənd təsərrüfatı, tibb və mədəniyyət sahələrində.
Kiyevə gəlməzdən əvvəl Modi Polşada olub. Polşanın baş naziri Donald Tuskun sözlərinə görə, Hindistanın baş naziri Ukraynada sülhün əldə olunmasında mühüm rol oynaya bilər.
P.ƏMİRCANOV
XQ