ABŞ Prezidenti Co Bayden cümə günü ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. Bu badərə Ağ Evə istinadən “İnterfaks.ru” məlumat yayıb.
Bayden deyib: “Mən bu gün Amerikanın Ukrayna xalqına sarsılmaz dəstəyini ifadə etmək üçün prezident Zelenski ilə danışdım”.
O, həmçinin bildirib ki, ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərəcək. Buraya Ukraynanın həyati vacib infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sistemləri üçün raketlər, pilotsuz uçuş aparatları ilə mübarizə üçün avadanlıqlar və tank əleyhinə raketlər daxil olacaq: “Bundan əlavə, Ukrayna cəbhə xəttindəki hərbi qulluqçuları qorumaq üçün döyüş sursatı, eləcə də mobil raket sistemləri üçün raketlər alacaq”.
Bayden xatırladıb ki, Birləşmiş Ştatlar daha əvvəl cümə günü Rusiyaya dəstək verdiyi üçün təxminən 400 şirkət və vətəndaşa sanksiya tətbiq edib
P.ƏMİRCANOV
XQ