Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə və Rusiya Federasiyasının Suriyanın şimalında daha əvvəl dayandırılmış “Sülh çeşməsi” əməliyyatı zonasında həyata keçirdiyi birgə quru patrullarının bərpa edildiyini açıqlayıb. Məlumatı “Anadolu” verib.
Nazirlik yazılı açıqlamada Türkiyə ilə Rusiya arasında 22 oktyabr 2019-cu il tarixində imzalanmış “Soçi Memorandumu”na uyğun olaraq “Sülh çeşməsi” əməliyyatı zonasının qərb və şərqində birgə quru patrullarının həyata keçirildiyini xatırladıb.
İlk birgə patrul əməliyyatı 2019-cu il noyabrın 1-də həyata keçirilib.
Müdafiə Nazirliyi bildirir ki, “5 oktyabr 2023-cü il tarixinədək 344 birgə yer patrul xidməti həyata keçirilib, bundan sonra bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar patrul xidməti dayandırılıb. Türkiyə və Rusiya Federasiyası tərəfindən həyata keçirilən birgə quru patrulları 22 avqust 2024-cü il tarixində “Sülh çeşməsi” əməliyyatı zonasının şərqində 4 vahid texnikanın (2 Pars, 2 Kirpi-2) və 24 şəxsi heyətin iştirakı ilə bərpa edilib.
P.ƏMİRCANOV
XQ