Fidan və Blinken Qəzzada atəşkəsi müzakirə ediblər

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində HƏMAS və İsrail arasında atəşkəs danışıqları mövzusunu müzakirə edib. Məlumatı “Anadolu” verib. 

Türkiyə diplomatik xidmətinin rəsmi nümayəndəsi Öncü Kecəli X sosial şəbəkəsində bildirib ki, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Diplomat yazıb ki, iki ölkənin xarici işlər idarələrinin rəhbərləri regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya