Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşma çərçivəsində elektrik enerjisinin qiymətini 50 faizədək artırır.
AZƏRTAC xəbər verir ki, artan enerji qiymətləri oktyabr ayının 1-dən tətbiq olunacaq. “Reuters” bildirir ki, artım 14,45-50 faiz təşkil edəcək.
Tariflərin artırılması yayın əvvəlində qüvvəyə minməli olsa da, təxirə salınıb. Ölkə binaların soyudulmasına artan tələbatla əlaqədar olaraq ciddi elektrik enerjisi qıtlığı ilə üzləşib.
Misir ardıcıl istilik dalğaları ilə daha da gərginləşən enerji təchizatında fasilələrə son qoymaq üçün təxminən 1,2 milyard dollar dəyərində mazut və təbii qaz idxal etməlidir. Ölkədə elektrik enerjisinin böyük hissəsi təbii qazdan əldə edilir.