Londonun mərkəzində yanğın

post-img

Londonun mərkəzindəki incəsənət və mədəniyyət mərkəzi olan Somerset Evində yanğın baş verib. Hadisə yerinə 125 yanğınsöndürən cəlb olunub.

Yanğında xəsarət alanlar olmayıb və heç bir sənət əsərinə zərər dəyməyib. London yanğınsöndürmə briqadasından bildirilib ki, yanğın binanın qərb hissəsində baş verib.

Qeyd edək ki, Temza çayının sahilində yerləşən tarixi incəsənət mərkəzi həftə sonları turistlərlə dolu olur. Vinsent Van Qoq, Manet və Pol Sezan kimi sənətkarların əsərləri burada sərgilənir.

XQ

 

Dünya