Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Serdar Mılıç və Ruben Rubinyan iyulun 30-da Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə erməni mətbuatı türkiyəli teleaparıcı Sena Alkana istinadla məlumat yayıb.
Bildirilir ki, görüş səhər Ermənistan tərəfdə, günün ikinci yarısında isə Türkiyə tərəfdə olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi