Co Bayden prezident seçkilərindən geri çəkilir

post-img

ABŞ prezidenti Co Bayden yeni müddətə yenidən seçilmək istəmədəyini və prezident seçkilərindən namizədliyini geri götürdüyünü bildirib. O qeyd edib ki, buna baxmayaraq, səlahiyyət müddəti başa çatana qədər prezident postunda qalacaq.

“İnanıram ki, vəzifəmi tərk etməyim və bütün diqqətimi prezident kimi öz vəzifələrimi yerinə yetirməyə yönəltməyim partiyamın və ölkəmin ən yaxşı mənafelərinə uyğun olardı”, – prezident X sosial şəbəkəsində dərc olunan rəsmi müraciətdə bildirib. O, həmçinin bu həftə xalqa müraciətində qərarı ilə bağlı daha ətraflı məlumat paylaşacağına söz verib.

Bu, bir neçə onillikdə ilk dəfədir ki, ABŞ prezidenti seçkilərdə iştirakdan imtina edir. CNN telekanalı Co Baydenin qərarını 1968-ci ildə ABŞ-ın 36-cı prezidenti Lindon Consonun ikinci müddətə namizəd olmaqdan imtina etməsi ilə müqayisə edir.

S.ELAY

XQ

Dünya