Demokratlar Baydenin namizədliyini təxirə salırlar

post-img

Demokratlar Co Baydenin ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini təxirə salıblar. “The New York Times” mənbələrə istinadən yazır ki, Baydenin namizədliyinin razılaşdırılmalı olduğu planlaşdırılan onlayn səsvermə demokrat liderlər tərəfindən gələn həftədən avqustun ilk həftəsinə təxirə salınıb.

Təlifin təşəbbüskarı Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Cefris olub. "The Washington Post" yazır ki, daha əvvəl o və Senatın demokratik lideri Çak Şumer Baydeni prezidentlik yarışından geri çəkilməyə çağırıb.

Bu arada, NYT-nin məlumatına görə, Demokratlar Partiyasının əsas donorları nüfuzlu siyasətçilərə zəng edərək, Baydeni kampaniyadan əl çəkməyə çağırmağı təklif edirlər.

Respublikaçılar artıq rəsmən öz tandemini irəli sürüblər – keçmiş prezident Donald Tramp və J.D.Vens partiyadan ABŞ prezidentliyinə mübarizə aparacaqlar.

Ənənəvi olaraq qalib gələn partiya öz qurultayını əvvəlki seçkilərdə məğlub olan partiyadan sonra keçirir. Demokratlar Partiyasının Milli Qurultayı avqustun 19-dan 22-dək İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək və burada nümayəndələr prezidentliyə və vitse-prezidentliyə namizədi seçəcəklər.

S.ELAY

XQ

Dünya