Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Aİ-ni müdafiə birliyinə çevirmək planları Avropanın militarizasiya və qarşıdurma əhval-ruhiyyəsindən xəbər verir. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Avropa Komissiyasının rəhbərinin təşəbbüsünü şərh edən Kreml nümayəndəsi deyib: “Bu, Avropa dövlətlərinin militarizasiyaya, gərginliyi artırmağa, qarşıdurmaya və xarici siyasətində qarşıdurma metodlarına əsaslanmağa münasibətini bir daha təsdiqləyir”.
Peskov birgə müdafiə və təhlükəsizlik siyasətinin Avropa İttifaqı çərçivəsində ümumi iş sahələrindən biri olduğuna diqqət çəkib. “Avropa inteqrasiyası çərçivəsində bu, həmişə belə olub”, deyə o qeyd edib. Eyni zamanda, Kreml nümayəndəsi vurğulayıb ki, “bu, heç vaxt Avropa İttifaqının inkişafının əsas istiqaməti olmayıb”. “Görünür, xanım fon der Lyayen prioritetlərin dəyişdirilməsindən və bu ittifaqa hərbi çalarların verilməsindən danışıb”,- o, yekunlaşdırıb.
"Burada hər hansı hərtərəfli şərh vermək çətindir, lakin aydındır ki, bu iş Aİ ölkələrinin Şimali Atlantika Alyansı çərçivəsində qarşılıqlı əlaqəsi ilə kəsişir", - Rusiya prezidentinin mətbuat katibi əlavə edib.
S.ELAY
XQ