ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq

post-img

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq.

Ermənistan mediası xəbər verir ki, bunu ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya “Hetq” nəşrinə müsahibəsində təsdiqləyib.

Bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bildirib ki, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə məsələləri üzrə “çox aktiv və mənalı” müzakirələr aparır. O, həmçinin qeyd edib ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin etmək niyyətindədir.

Dünya