Rusiya heç vaxt ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və qarışmaq niyyətində deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına açıqlamasında deyib. Məlumatı “Anadolu” verib.
O qeyd edib ki, Rusiya ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddən narahatdır: “Rusiya heç vaxt ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və müdaxilə etmək niyyətində deyil. Başqa bir şey odur ki, bütün dünya kimi biz də orada baş verənləri çox diqqətlə izləyirik, çünki bu, dünyanın ən böyük iqtisadiyyatıdır, ən güclü hərbi ölkədir və bütün digər ölkələrin birlində xərclədiyindən daha çox pul xərcləyir. Və təbii ki, seçki kampaniyası zamanı belə bir ölkədə zorakılıq hökm sürməyə başlayanda bu, bütün dünyanı, o cümlədən bizi narahat edir”.
Bundan əlavə, Kreml nümayəndəsi Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin Rusiyanın ikinci dünya sammitində iştirakına etiraz etməməsi ilə bağlı sözlərini şərh edib. Peskov qeyd edib ki, Moskva Vladimir Zelenskinin “ikinci sülh sammiti” ilə nə demək istədiyini hələ başa düşmür: “İlk sülh sammiti heç də sülh sammiti deyildi. Ona görə də onun (Zelenski) nə demək istədiyini, yəqin ki, əvvəlcə başa düşmək lazımdır”.
P.ƏMİRCANOV
XQ