Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada 17 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xəbəri “Anadolu” verib.
“Türk ordusunun cəsur əsgərləri İraqın şimalındakı Metin və Qar bölgələrində 14 PKK terrorçusunu, Suriyanın şimalında “Sülh mənbəyi” antiterror əməliyyatı keçirilən bölgədə isə 3 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib”, - deyə məlumatda bildirilir.
Departament terrorizmlə effektiv mübarizəni davam etdirmək əzmində olduğunu vurğulayıb.
Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.
P.ƏMİRCANOV
XQ