Yunanıstan Kiyevə “Patriot” və S-300 sistemləri verməyəcək

post-img

Yunanıstan Ukraynaya ABŞ istehsalı “Patriot” və Sovet-Rusiya istehsalı S-300 zenit-raket kompleksləri göndərmək niyyətində deyil.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə NATO-nun Vaşinqton sammitindən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, həmçinin Yunanıstanın Kiyevə F-16 qırıcıları göndərməyi planlaşdırmadığını da təsdiqləyib. Kiriakos Mitsotakis Afinanın Kiyevə dəstək üçün Ukraynaya digər silahlar verdiyini bildirib.

Dünya