Ərdoğan Makronla görüşüb

post-img

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirakı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda görüşərək, ölkələr arasında münasibətləri, Ukrayna ilə Rusiya arasında müharibənin gedişini, İsrailin Fələstinə hücumlarını, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Məlumatı “Anadolu” verib. 

Türkiyənin Prezident Administrasiyasından verilən açıqlamaya görə, Prezident Ərdoğan Türkiyə ilə Fransa arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayan Ərdoğan Türkiyənin bu məsələdə dəstək gözlədiyini bildirib.

Prezident Ərdoğan Qərb ölkələrinin İsrailin atəşkəsə razılaşmasının regional və qlobal sülhə töhfə verəcəyini vurğulayıb. O, Fransanı bu istiqamətdə konkret addımlar atmağa çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya