Fransa, Almaniya, İtaliya və Polşa uzaqmənzilli qanadlı raket yaradacaq

post-img

Fransa, Almaniya, İtaliya və Polşa uzaqmənzilli qanadlı raketin yaradılması barədə razılığa gəliblər. Məlumatı “Anadolu” verib. 

Fransanın müdafiə naziri Sebastian Lecornu X sosial şəbəkəsində Vaşinqtonda keçirilən NATO sammitində Fransa, Almaniya, İtaliya və Polşanın bununla bağlı niyyət protokolu imzaladığını bildirib.

“Ukraynadakı müharibə göstərir ki, uzaq məsafəli hücumlar Avropanın müdafiəsi üçün əsas məsələdir”, - Lekornu bildirib. Onun sözlərinə görə, bu 4 ölkə uzaqmənzilli qanadlı raketlərin hazırlanmasında əməkdaşlıq edəcək.

Nazir əməkdaşlığın “Avropa müdafiə sənayesini səfərbər edəcəyini” söyləyib.

P.ƏMİRCANOV
XQ

Dünya