İspaniyanın baş naziri Pedro Sançes NATO-nun Vaşinqton sammitində çıxışında təşkilatın Ukraynada olduğu kimi, Qəzzada da eyni “birlik və dəstək” göstərməli olduğunu bildirib. Məlumatı Türkiyə KİV verib.
“Rusiyanın Ukraynadakı işğalına qarşı eyni birliyi və ardıcıllığı Qəzza üçün də tələb edirik. Beynəlxalq hüququ müdafiə etdiyimiz üçün Ukraynanı dəstəklədiyimizi deyiriksə, Qəzzada da eyni şeyi etməliyik”, - deyə Sançes bəyan edib.
Elşən AĞALAR
XQ