NATO sammitinin yekun bəyannaməsində Ukraynaya güclü dəstək vəd olunur

post-img

Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən iclasında iştirak edən dövlət və hökumət başçıları iyulun 10-da yekun bəyannaməni açıqlayıblar. Sənəddə Rusiyanın alyans ölkələri üçün təhlükə elan olunduğu, Ukraynanın NATO-ya üzvlük üçün “dönməz yolda” olduğu, genişlənmə strategiyasının dəyişməz qaldığı və üzv ölkələrin hərbi gücünün artırılması xüsusilə qeyd edilir.

“NATO müdafiə ittifaqıdır. Vaşinqton Müqaviləsinin 5-ci maddəsində təsbit olunduğu kimi, bir-birimizi və İttifaqın ərazisinin hər qarışını hər zaman müdafiə etmək öhdəliyimiz sarsılmazdır”, -deyə bəyannamədə bildirilir.

Sənəddə müttəfiqlərdən və tərəfdaşlardan hərbi texnika və təlimlərin verilməsini koordinasiya etmək üçün NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim Birliyinin (NSATU) yaradılması barədə qərar elan edilib. Onun məqsədi gücləndirilmiş, proqnozlaşdırıla bilən və koordinasiyalı dəstək göstərməklə Ukraynaya təhlükəsizlik yardımını sağlam əsasda göstərməkdir.

P.ƏMİRCANOV
XQ

Dünya