Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Almaniyanın baş naziri Olaf Şoltsla görüşüb. Prezident Administrasiyası yanında Əlaqələr İdarəsi bildirib ki, Ərdoğan və Şolts ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzza zolağına hücumlarını müzakirə ediblər.
Məlumatı “Anadolu” verib.
Görüş zamanı Türkiyə lideri Qəzza zolağına hücumları dayandırmaq fürsətini əldən verməmək üçün İsrailə təzyiq göstərməyin zəruriliyini bəyan edib.
Dövlət başçısı münaqişənin regiona yayılmasının qarşısının alınması üçün səylərin artırılmasının vacib olduğunu vurğulayıb.
Ərdoğan görüşdə qeyd edib ki, Türkiyə Aİ-yə üzvlük prosesini canlandırmaq üçün Almaniyadan dəstək gözləyir.
P.ƏMİRCANOV
XQ