Blinken: Ermənistan və Azərbaycan yekun sülh sazişinə çox yaxındır

post-img

Son bir il-ilyarım ərzində Ermənistan və Azərbaycan uzunmüddətli, ləyaqətli və hər iki ölkə, paylaşdıqları region və onların əlaqələri üçün fövqəladə imkanlar yaradan danışıqlar və sülh sazişinin əldə edilməsi istiqamətində çox mühüm işlər görüblər. Bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. Məlumatı Ermənistan KİV yayıb. 

“Bu proses boyu ABŞ Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardım və dəstək vermək öhdəliyi götürüb. Bu gün bizim əldə edilmiş tərəqqi və görüləcək işləri qiymətləndirmək imkanımız var. Lakin son həftələr də daxil olmaqla, bütün təmaslarımıza əsaslanaraq, inanıram ki, hər iki ölkə ABŞ-nin güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşmaya çox yaxındır. Ona görə də mən çox minnətdaram ki, bu gün biz yenidən hesablama aparırıq və ABŞ-nin razılığa gəlməyə kömək etmək üçün daha nə edə biləcəyinə baxırıq. Burada olduğunuz üçün hər ikinizə təşəkkür edirəm”, - ABŞ dövlət katibi bildirib.

P.ƏMİRCANOV
XQ

Siyasət