Türkiyə Ukrayna münaqişəsində balanslı mövqe tutur, Kiyev və NATO ilə əməkdaşlıq edir və Rusiya ilə dialoqu davam etdirir. Tərəflər arasında tarazlığın əldə olunmamasını Türkiyənin müdafiə naziri Yaşar Gülər “Politico” ilə söhbətində istisna edib. Məlumatı “Lenta.ru” verib.
Nazir qeyd edib ki, Türkiyə “Ukrayna ilə strateji tərəfdaşlıq və Rusiya ilə müsbət dialoq çərçivəsində” “balanslı və fəal” mövqedən çıxış edir.
Gülər Ankaranın çoxvektorlu siyasətinə görə NATO ölkələri ilə münasibətlərinin pisləşməsini qəti şəkildə rədd edib. Onun fikrincə, Türkiyənin alyans üzvü kimi etibarsızlığı ilə bağlı deyilənlər ağlasığmazdır. Nazir vurğulayıb ki, “32 müttəfiqin bir yerdə olduğu bir şəraitdə hər bir məsələdə eyni fikirlərin olması da ağlasığmazdır”. O əlavə edib ki, Türkiyə “müharibənin hər iki tərəfini yüksək səviyyəli danışıqlarda bir araya gətirə bilən yeganə ölkədir”.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair danışıqları Türkiyədə apara biləcəyini bildirmişdi.
P.ƏMİRCANOV
XQ