Le Penin partiyası seçkiləri uduzdu, solçu "Yeni Xalq Cəbhəsi" qalib gəldi

post-img

Fransada parlament seçkilərinin ikinci turu başa çatıb. İlkin məlumatlara görə, Marin Le Penin partiyası məğlub olub.

Bu barədə Fransanın “Le Figaro” qəzeti Ifop sosioloji institutunun məlumatlarına istinadən yazır. İlkin nəticələr 180-215 mandat qazanan solçu "Yeni Xalq Cəbhəsi" alyansının qələbəsindən xəbər verir. “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-180 yer toplayaraq ikinci yerdə qərarlaşıb.

De-fakto Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik və onun müttəfiqləri üçüncü yeri tutublar və təxminən 120-150 yer qazanacaqlar. Respublikaçılar və müxtəlif sağçı partiyalar 60-65, müxtəlif sol partiyalar isə 10 mandata malikdir. Jurnalistlər qeyd edirlər ki, üç əsas blokdan heç biri mütləq səs çoxluğu əldə etmir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə məğlub olduqdan sonra parlamenti buraxıb.

İyunun 30-da seçkilərin birinci turu keçirilib, bu səsvermədə Milli Birlik daha çox səs toplayıb (səslərin 33%-i). Onu solçu "Yeni Xalq Cəbhəsi" alyansı (28%) və “Respublika Naminə Birlikdə” prezident koalisiyası (20%) izləyib.

Bu gün məlum olub ki, seçkilərin ikinci turunda fəallıq 1981-ci ilin rekordunu qırıb.

Yada salaq ki, birinci turdan sonra Milli Birlik qələbənin mümkünlüyündən narazı olan vətəndaşlar Fransa küçələrinə axışıblar.

S.ELAY

XQ

Dünya