İran Konstitusiyasının Keşikçilər Şurası Məsud Pezeşkianın qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
XQ xəbər verir ki, bu barədə İRNA yazır.
Yaxın vaxtlarda seçkilərin nəticələri sertifikatlaşdırma üçün İran İslam Respublikasının lideri Ayətullah Əli Xamneiyə təqdim olunacaq və bundan sonra ofis ölkənin yeni prezidentinin andiçmə mərasiminin tarixini açıqlayacaq.
Amerikanın özəl kəşfiyyat və analitik şirkəti "Stratfor"un fikrincə, islahatçı Pezeşkianın İranda keçirilən prezident seçkilərində qələbəsi İslam Respublikası ilə Körfəz ölkələri arasında “münasibətlərin yaxşılaşmasına əlavə təkan verəcək”.
S.ELAY
XQ