Ərdoğan Qazaxıstana səfər edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin 24-cü sammitində iştirak etmək üçün Qazaxıstana gedib. Məlumatı “Anadolu” verib. 

Dövlətimizin başçısını Ankaranın Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Türkiyə prezidentini Qazaxıstana səfəri zamanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat, prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyası Kommunikasiya şöbəsinin müdir müavini Çağatay Özdəmir müşayiət edirlər.

P.ƏMİRCANOV
XQ

Dünya