Ukrayna Rusiya ilə güzəştə getməyə və ərazilərini Moskvaya verməyə hazır deyil. "Reuters" xəbər verir ki, bunu NATO sammiti ərəfəsində Vaşinqtona səfəri zamanı Ukrayna liderinin ofisinin rəhbəri Andrey Ermak deyib.
Agentlik qeyd edib ki, rəsmi Kiyev “ədalətli dünyaya” necə nail olmaq üçün istənilən məsləhətə qulaq asacaq.
“Lakin biz çox mühüm amillər və dəyərlər... müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü, suverenlik mövzusunda güzəştə getməyə hazır deyilik”, - o vurğulayıb.
S.ELAY
XQ