Polşanın xarici işlər naziri Rusiyanı məğlub etməyə çağırdı və Reyqandan sitat gətirdi

post-img

Polşa xarici işlər naziri bildirib ki, Rusiya yenilməz deyil, ona görə də Qərb ölkələrinin Moskva ilə münaqişədə Ukraynanın qələbə qazanması üçün hər cür şansı var. Onun sözlərini "Do Rzeczy" portalı sitat gətirir.

Sikorski bildirib ki, Rusiya öz tarixində bir neçə hərbi münaqişədə məğlub olub, ona görə də məğlubedilməz deyil.

“Kremli dayandırmaq və hətta məğlub etmək olar - biz bunu, sadəcə, unutmuşuq". Ronald Reyqan Sovet İttifaqı ilə bağlı strategiyasının sadə olduğunu söyləyib. “Biz qalib gələcəyik, onlar isə uduzacaqlar”, - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Bundan əvvəl o bildirib ki, Qərb dövlətləri Rusiya Federasiyası və ölkə prezidenti Vladimir Putinlə yenidən eskalasiya oynamağı öyrənməlidirlər.

O vurğulayıb ki, Qərb dövlətləri Rusiya Federasiyasının 300 milyard avro məbləğində bütün dövlət aktivlərini müsadirə edə bilər. Onun sözlərinə görə, Putin onları artıq itki kimi yazıb və geri alacağını gözləmir. Sikorski hesab edir ki, Putin də Qərb dövlətlərinin vəsaitlərə nəzarəti ələ keçirməyə cəsarət edəcəyini düşünmür.

S.ELAY

XQ

 

Dünya