Ərdoğan: Aİ-yə tamhüquqlu üzvlük strateji hədəfimizdir

post-img

Ankara Avropa İttifaqına tamhüquqlu üzv olmağı özünün strateji hədəfi hesab edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alan Karis ilə birgə mətbuat konfransında deyib. Xəbəri “Anadolu” verib. 

Ərdoğanın sözlərinə görə, Aİ-nin Türkiyə ilə münasibətlərə oxşar nöqteyi-nəzərdən yanaşması hər iki tərəfin maraqlarına cavab verərdi.

Prezident Ərdoğan Estoniya ilə diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümü münasibətilə Prezident Karisi və onun nümayəndə heyətini Ankarada qəbul etməkdən çox məmnun olduğunu qeyd edib. O bildirib ki, Prezident Karis ilə danışıqlar zamanı Türkiyə ilə Estoniya arasında münasibətlərin inkişafı üçün ortaq iradə olduğunu təsdiqləyiblər və bu istiqamətdə atılacaq birgə addımları müzakirə ediblər.

Türkiyə ilə Estoniyanın bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək potensialına malik olduğunu qeyd edən Ərdoğan əlavə edib: “Biz ticarət və qarşılıqlı investisiyaların həcmini daha da artıra bilərik ki, bu da 429 milyon dollara çatıb”.

P.ƏMİRCANOV
XQ

Dünya