Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həlak olan zəvvarların sayı 1301 nəfərə çatıb. Bunu Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd ibn-Abdel Rəhman əl-Cəlyacel bəyan edib. Məlumatı “Anadolu” verib.
O qeyd edib ki, bu il bölgədə “son dərəcə isti hava” olub və bu, müqəddəs torpaqlara Həcc ziyarətinə gələn çoxsaylı insanların sağlamlığına təsir edib: “Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların 83 faizinin müvafiq vizası olmayıb”.
Nazir hava şəraiti ilə əlaqədar bəzi zəvvarların müalicəsinin davam etdiyini bildirib. O deyib ki, ölən zəvvarların çoxu qoca və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.
Nazir dünyasını dəyişən zəvvarlarla bağlı başsağlığı verib.
P.ƏMİRCANOV
XQ