Floridada “Türksat 6A” peykinin sınaqları davam edir

post-img

Türkiyənin öz istehsalı olan ilk telekommunikasiya peyki “”Türksat 6A” 400-dən çox müxtəlif sınaqdan uğurla keçib. Yoxlamaların son mərhələsi ABŞ-da davam edir, peykin məhz oradan Yerin orbitinə buraxılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkələrdəki paylaşımında məlumat verib.

Nazir “Türksat 6A” peykinin iyunun 4-də Türkiyədən Birləşmiş Ştatlara göndərildiyini və 19 saat sonra “Cape Canaveral” kosmodromunun yerləşdiyi Floridaya çatdırıldığını xatırladıb.

“Türksat 6A” peykinin bu kosmik aparatların idxalını əvəzləmə səviyyəsi 81 faizdir. Onun xidmət müddəti isə 15 ildir. Yerli peykin əhatə dairəsi ümumi əhalisi 5 milyard nəfər, yəni planet əhalisinin 65 faizindən çoxu olan ölkələrə xidmət göstərməyə imkan verəcək”, - deyə türkiyəli nazir bildirib.

Türk peykinin “Falcon-9” daşıyıcı raketi ilə buraxılması iyulun ikinci həftəsinə planlaşdırılır.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri 

Ankara

Dünya